Azərbaycanlılara hücum edən ermənilər barəsində cinayət işi başlanıb

Onların adları məlumdur, lakin əməliyyat sirri olduğu üçün açıqlanmır.

Ukraynanın Lvov şəhərində azərbaycanlılara silahlı hücum edən ermənilərin sayı məlum olub.

sabahinfo.az xəbər verir ki, Lvov birləşmiş azərbaycanlıları konqresinin sədri Teymur Məmmədovun APA-ya verdiyi xəbərə görə, şəhər polisinin rəhbərliyi bununla bağlı məlumat verərək bildirib ki, hücum edən ermənilərin sayı 25 nəfər olub.

Hadisə ilə bağlı onlara qarşı yerli polis tərəfindən cinayət işi açılıb. Onlar barəsində Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə xuliqanlıq, etnik qarşıdurma yaratma və həyati təhlükə yaradan sağlamlığa ağır zərərvurma ittihamları cinayət işi başlanıb, axtarış elan edilib.

Onların adları məlumdur, lakin əməliyyat sirri olduğu üçün açıqlanmır.

Xatırladaq ki, 12-15 may tarixlərində Ukraynanın Lvov şəhərində uşu-sando üzrə Avropa birinciliyi keçirilib. Həmin vaxt yarışda separatçı "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi dava baş verib. Mayın 16-da isə bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.