Bakıda dəhşətli qətl - Gənc oğlanın başını kəsdilər

25-30 yaşlarında kişinin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib

Bakıda qətl törədilib.

Nizami Rayon Polis İdarəsindən APA-ya məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişi küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, həmçinin, qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qətlə yetirilən şəxsin başı kəsilib.