Bakıda itkin düşən 5-ci sinif şagirdi tapıldı

Bakıda itkin düşmüş 11 yaşlı Ağamir Nəcəfi tapılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Report"a onun anası Elnarə Məmmədova məlumat verib.

Hazırda uşaq valideynləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindədir: "Mən uşağın yanındayam. O, özündən yaşca böyük dostunun yanında olduğunu deyir. Amma həmin dostunu mən tanımıram. Əsas olan övladımın tapılmasıdır".

***

Bakıda 5-ci sinif şagirdi orta məktəbdən çıxandan sonra itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Trend-ə şagirdin anası məlumat verib. Məlumata görə, Nərimanov rayonu, 200 saylı orta məktəbin 5-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Ağamir Nəcəfli dünən günorta saatlarında oxuduğu orta məktəbdən çıxıb, amma evə qayıtmayıb.

Hazırda şagirdin axtarışları davam etdirilir.