Bakıda Yaşıllaşdırma İdarəsinin işçisi digərini öldürüb

Bakının Xətai rayonunda ağacların suvarılması faciə ilə yekunlaşıb.

Xətai Rayon Polis İdarəsindənOxu.Az-a verilən məlumata görə, avqustun 6-sısaat 07:00-də Babək prospektində, 1152 saylı binanın yanında Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı, 1950-ci il təvəllüdlü Nəcəfov Vaqif Səttarxan oğlu ağacları suvararkən ehtiyatsız davrandığına görə yolun hərəkət hissəsinə yıxılıb və yaxından keçən "Ford” markalı avtomobilin təkəri altına düşüb.

Avtomobili idarənindigər işçisi 1959-cu il təvəllüdlü Minhaciddin Baqautdinov idarə edib.

Xəsarət alan V.Nəcəfov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dördsaatdan sonra aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.