Bakının bu yolları qarla örtülüb – SÜRƏT HƏDDİ ENDİRİLDİ

Bakı Nəqliyyat Agentliyi paytaxtın Binə qəsəbəsindən Mərdəkana eyni zamanda Buzovna Zaqulba istiqamətində sürət həddinin aşağı salınması ilə bağlı məlumat yayıb. Sabahinfo.az agentliyə istinadən xəbər verir ki, bütün zolaqlar üzrə sürət həddi enidirilərək 60 km/ saat müəyyən edilib. Səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.

 

Makı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.