Bakının mərkəzində qadının mənzilinə basqın edilib

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. 

Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.