Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin polkovniki təqaüdə göndərilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovunəmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.