BAXCP Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək?

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Hər il bəyin doğum günündə bir sıra partiyalar onun qəbrini ziyarət edir, əklil qoyurar. Maraqlıdır pandemiya ilə tətbiq olunan sərt karantin dövründə siyasi partiyalar bəyin qəbrini ziyarət edəcəklərmi?

Məsələ ilə bağlı SABAHİNFO.AZ-a açıqlama verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyir ki, fəaliyyətinə icazə verilən qurumların arasında siyasi partiyalar yoxdu. Və bildiyiniz kimi kütləvi tədbirlər də qadağan olunub. Fərdi qaydada, 2 sadiq icazə çərçivəsində partiya üzvləri ziyarət edəcəklər. Amma karantin rejiminin tələblərinə uyğun olaraq, heç bir tədbir həyata keçirilməyəcək.