Bir gündə 56 nəfər həbs edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN)verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.