Çempionlar Liqasında yarımfinalın püşkü atıldı - RƏQİBLƏR

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib.

"Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq.

Qeyd edək ki,Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları26/27 aprel -3/4 may tarixlərində keçiriləcək.

Final isə mayın 28-də Milanda olacaq.


"Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)