DİN qadınların qətli ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən ölkədə törədilmiş qətllərlə bağlı məlumat yayıb. Sabahinfo.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 3-də Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində qəsəbə sakini Tahir Mürsəlov qısqanclıq zəminində arvadı Nigara bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Nigar orada ölüb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Mürsəlov tutulub.

Bundan başqa noyabrın 3-də Ağsu rayonunun Ərəbsarvan kəndində yaşayan Elnurə Eyyubovanın evinə gəlmiş keçmiş əri Kavus Hüseynov münaqişə zəminində bıçaqla ona xəsarət yetirib və nəticədə E.Eyyubova hadisə yerində ölüb. Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Hüseynov tutulub.