Belarus ordusunun Ukraynaya soxulma ehtimalı...

Belarus ordusunun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmək ehtimalı 15-20 faizdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Əldə etdiyimiz məlumatlara görə, Belarus hərbçilərinin 60%-dən çoxu heç bir şəkildə Ukrayna ilə münaqişədə iştirak etmək istəmir. Təbii ki, onlara əmr verilsə, hərbçilərdir, sərhədi keçəcəklər, bəziləri hətta döyüşəcəklər. Amma mənə elə gəlir ki, döyüşəcək bu hissənin hərbi təcrübə qazanmağa belə vaxtı olmayacaq”, - Arestoviç vurğulayıb.

Qeyd edək ki, martın 20-də Ukrayna Müdafiə Nazirliyi Belarus ordusunun Ukrayna ərazisinə müdaxilə ehtimalının olduğunu bildirmiş, bundan bir gün sonra isə Belarus MN desantları Ukrayna sərhədindən geri çəkdiyini bəyan etmişdi.