Belarus Respublikasında fəaliyyət göstərən və qısa müddətdə böyük inkişaf yolu keçən “Azerbeltrade” MMC bu gün özünün 10 illik fəaliyyət yubileyini qeyd edir. Şirkət ölkənin idxal distribyutorluq bazarında tanınmış adlardan birinə çevrilib.

Artıq 10 ildir ki, şirkət alıcılara geniş çeşiddə eksklüziv məhsullar təklif edir və hər kəsə dünyanın müxtəlif ölkələrindən “Dadlar Dünyası”na səyahət etmək imkanı yaradır. Hazırda 10 yaşını qeyd edən “Azerbeltrade” MMC-nin rəhbəri Elman Mahmudov deyib ki, şirkətin portfelində bir çox istehsalçı mövcuddur və onların bəziləri böyük Holdinq tərkibində birləşir: “Azerbeltrade” bu gün “Saville”, “Aladdin”, “Bizim Tarla”, “Azərçay” kimi tanınmış brendlərin rəsmi və eksklüziv distribyutorlarıdır. Müştərilərin artan tələbatı və bir çox şirkətlərlə uğurlu əməkdaşlıq bizə təqdim etdiyimiz məhsul çeşidini daim genişləndirməyə imkan verir.
Şirkətin işində əsas prinsiplər — müştəriyönümlülük, bazara uyğun çeviklik, maraqlı və eksklüziv assortimentin qorunmasıdır. Biz hər bir müştərimizi dəyərləndiririk”.

Elman Mahmudov 10 illik yubileylə bağlı fikirlərini də bildirib: “Bu gün “Azerbeltrade” MMC-nin 10 illik yubileyini qeyd etmək bizim üçün sadəcə tarix deyil, böyük bir inkişaf yolunun, zəhmətin və komanda ruhunun nəticəsidir. Bu illər ərzində biz Belarus bazarında özümüzə etibarlı tərəfdaş imici formalaşdırdıq, tanınmış beynəlxalq brendləri ölkəyə gətirərək istehlakçılara keyfiyyətli və seçilmiş məhsullar təqdim etdik.
Bizim üçün əsas dəyər hər zaman müştərilərimiz və əməkdaşlarımız olub. Onların etimadı və dəstəyi sayəsində bugün daha böyük hədəflərə doğru inamla addımlayırıq. “Azerbeltrade” komandası bazarın tələblərinə uyğunlaşmağı, yeniliklərə açıq olmağı və ən əsası – təqdim etdiyi keyfiyyəti daim yüksək səviyyədə saxlamağı özünə prinsip seçib.
Bu yubiley münasibətilə bütün tərəfdaşlarımıza, istehlakçılarımıza və komanda üzvlərimizə təşəkkür edirəm. Qarşıdakı illərdə məhsul çeşidimizi daha da genişləndirməyi, yeni brendləri Belarus bazarına gətirməyi və fəaliyyətimizi daha böyük miqyasda inkişaf etdirməyi planlaşdırırıq. Əminəm ki, növbəti illər də bu gün olduğu kimi uğurlarla yadda qalacaq”.
“Azerbeltrade” kollektivi yubiley münasibətilə onlara etimad göstərən bütün tərəfdaşlara və müştərilərə təşəkkür edir və gələcək illərdə də yeniliklər təqdim edəcəyini bəyan edir.



Fuad