Ən yüksək maaş Səbail, ən aşağı isə Binəqədidə verilir

2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 min 998 nəfər artaraq 699 min 287 nəfər olub.

Bakı Şəhər Statistika İdarəsindənAPA-ya verilən məlumata görə, I rübdə ötən ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,4% artaraq 763,9 manata çatıb.

Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

2017-ci ilin

yanvar-mart aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə)

2017-ci ilin

yanvar-mart aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri - cəmi*)

699 287

763,9

o cümlədən rayonlar:

Binəqədi

45330

425,0

Xətai

61751

817,5

Xəzər

28930

626,3

Qaradağ

25352

981,7

Nərimanov

70148

486,2

Nəsimi

151342

600,8

Nizami

41820

638,2

Pirallahı

7669

1 393,8

Sabunçu

26475

479,8

Səbail

118895

1 417,1

Suraxanı

19 507

579,6

Yasamal

102 068

641,3