Evdən külli miqdarda pul və 40 min manatlıq saat oğurlanıb

Hadisənin kim tərəfindən törədilməsi məlum deyil

Bakıda mənzildən külli miqdarda pul və bahalı saat oğurlanıb.Hadisə Yasamal rayonu, İzmir küçəsi ev 5A, mənzil 32-də baş verib. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Namazov İsa Qəmbər oğlu polisə mürəciət edərək bildirib ki, evdən 10 min manat, 19 min dollar və dəyəri 40 min dollar olan "A.Long-söhne" markalı qol saatı oğurlanıb.

Şikayətçi əlavə edib ki, noyabrın 6-dan 7-si günortayadək evdə olmayıb və oğurluq da həmin vaxt ərzində törədilib.

Müraciət əsasında araşdırma aparılır.

Lent.az