Beynəlxalq Diaspora Mərkəzi və Qərbi Azərbaycan İcmasinin rayon icma nümayəndə heyəti Şuşa şəhərinə səfər edib

08 iyun 2024-cü il tarixində Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, Qərbi Azərbaycan İcmasının İstisu İcma sədri Alı Səfolu və Paşalı rayon icmasınınnümayəndələrinin birgə təşkilatçılığı ilə Şuşa şəhərinə səfər etdilər. Səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox təşkilatların təmsilçiləri də iştirak edib.
Səfər ərəfəsində Şuşanın düşmən işğalından azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, qəhrəmanlıqdan, eyni zamanda əzəmətli Şuşamızın tarixi, strateji mənəviəhəmiyyətindən söz açılıb. Bununla yanaşı, erməni vandalizminin Şuşada məscidlərə, tarixiabidələrə vurduğu zərər və onların fəsadları haqqında məlumat verilib. Nümayəndə heyətinəmədəniyyət paytaxtımızda durmadan aparılan böyük həcmdə abadlıq və quruculuq işləri iləyaxından tanış olublar.
Qərbi Azərbaycan İcmasının İstisu İcma sədri Alı Səfolu Şuşaya səfərin təşkil olunmasındakı əsasməqsədi vurğulayaraq bildirdi ki, bu gün 30 ilə yaxın erməni terroçuları törətdiyi dağıntıları, mədənivə tarixi abidələrin məhv edilməsinin bir daha canlı şahidi olublar: “Bununla yanaşı, hal-hazırdaŞuşamızda aparılan bərpa və quruculuq işlərini yaxından görməyimiz bizlərə ayrıca qürur verdi.Yaşasın Azərbaycan Xalqı!, Var olsun Ali Baş Komandanımız!”
Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və sədrin müşaviri Orxan Orucov çıxışlarındaŞuşa səfərinin əhəmiyyətindən danışdılar. İsmayıl Ağayev Şuşaya gələn tədbir iştirakçılarınısalamlayaraq qeyd etdi ki, mədəniyyət paytaxtımız Şuşa şəhərini bir daha ziyarət etmələriqürurvericidir: “Çünki bu torpaqlar şəhidlərimizin qanı bahasına azad olubdur. Bizlər heç bir zamanşəhidlərimizi və qazilərimizi unutmamalıyıq. Mən inanıram ki, Müzəff ər Ali Baş Komandanımızİlham Əliyevin rəhbərliyi altında Qarabağımızı azad etdiyimiz kimi Qərbi Azərbaycanımızı dadüşmən tapdağından azad edəcəyik. Doğma ata-baba yurdumuza geri qayıdacağıq. Mən də birQərbi azərbaycanlı olaraq bildirmək istəyirəm ki, illərdir rəhbərliyini etdiyim Beynəlxalq DiasporaMərkəzi olaraq durmadan xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırılması istiqamətindəəlimizdən gələni etmişik və etməyə də davam edəcəyik. Şükürlər olsun ki, Cənab Prezidentimizinsərəncamı ilə Qərbi Azərbaycan İcması yaradılmış və biz də Beynəlxalq Diaspora Mərkəzi olaraqİcmanın fəailiyyətinə köməklik göstəririk”.