Beynəlxalq Mətbuat Mərkəzi Əli Həsənovun əlindən alındı

Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Əli Həsənovun əlindən alınıb.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti-23 ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı (BMM-in yerləşdiyi bina) və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Qeyd edək ki, sözügedən əmlak rəsmən Əli Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olsa da, hər kəs BMM-in Həsənova məxsus olduğunu bilir.

İstintaqdan əvvəl bu əmlak Əli Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.