Gəncədə silahlı insident - Bir nəfər güllələndi - YENİLƏNİB

Bu dəqiqələrdə Gəncədə silahlı insident baş verib.

BakuPostxəbər verir ki, şəhərin mərkəzində bir nəfər güllələnib. Şəxsiyyəti hələlik məlum olmayan ağır yaralı Gəncə Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.

17:21

***
BakuPost-un məlumatına görə, hadısə güllələnən şəxsin evi qarşısında - Əhməd Cəmil küçəsində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma apaılır.