Həkimləri Təkmilləşdirmə İnstitutunda yeni şöbə yaradılıb

Səhiyyə naziri Oqtay Şirəliyev "Səhiyyə mütəxəssislərinin sertifikasiya işinin təkmilləşdirilməsi haqqında” əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrə əsasən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun strukturunda Səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsi yaradılıb.

 

Eyni zamanda, əmrlə Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurasının yeni tərkibi təsdiq edilib.