“Humanizm dili ilə münasibətlər qurmağa səslədiniz” – Deputat Mehriban Əliyevanı təbrik etdi

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. sabahinfo.az xəbər verir ki, təbrikdə deyilir:

 

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev  Fondunun yaradıcısı və pezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın  Azərbaycan Respublikasının   Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması  münasibətilə!

 

Əziz Mehriban xanım,

 

Sizə Azərbaycan mədəniyyətinin  qoruyucusu və təbliğatçısı , səhiyyənin hamisi , müasir   təhsilin banisi , xeyirxahlıq mələyi, kimsəsizlərin kimsəsi dedilər...

Siz  insanlığa xidmət etməkdən yorulmadınız, əksinə bundan zövq aldınız və  xidmət etdikcə   sevginiz və şöhrətinizlə sərhədlərə sığmaz oldunuz. Humanizmin, mərhəmətin, məsuliyyətin və vicdanın  vətəninə və vətəndaşına xidmət etməyin  təməl prinsipləri olduğunu  əməlinizlə sübut etdiniz.

Siz, təkcə xalqımızın yaratmış olduğu maddi-mənəvi  irsin müdafiəçisi olmaqla yetmədiz, həm də dünya insanını   bəşəriyyətin  qazanmış olduğu mənəviyyat xəzinəsini qorumağa çağırdınız.

 

Ədalətsizliyin,  haqsızlığın, zülmün qurbanı olan insanların və məkanların, Qarabağın, Xocalının,  eşidilməyən səsi və görməyən gözü oldunuz. Dünyanın harasında sızlayan bir ürək, ağlayan bir göz , çarəsiz bir insanın olduğunu bildinizsə,  onların harayına yetişdiniz, onların ümidi oldunuz.

Siz dünyanın gələcəyi naminə  fərqli mədəniyyətlərə, fərqli dillərə və inanclara, rənglərə  malik  insanları dialoqa çağırdınız. Dünyanın gözəlliyini və gələcəyini  bu fərqlilikdə və bütövlükdə gördünüz. İnsanları  güc və zor dili ilə deyil, mədəniyyət, sevgi , humanizm dili ilə münasibətlər qurmağa səslədiniz, ucalmağın və ucaltmağın, əbədiyaşar olmağın, könüllərdə abidələr qurmağın yolunu göstərdiniz. Siz  xeyirxah əməllərinizlə  insanlığa, bəşəri dəyərlərə  xidmət edərək , xidmətinizlə  onun  rəmzinə çevrildiniz.

Əziz Mehriban xanım,

İndi Siz yeni və şərəfli bir xidmət yolunun uğurlu başlanğıcındasınız.

Bu gün Sizə tək seçiciləriniz deyil, möhtərəm Prezidentimizin simasında bütün Azərbaycan  xalqı  etimad göstərərək , Sizə xeyir dua edir və yeni vəzifənizdə sonsuz uğurlar arzulayaraq, ali vəzifəniz mübarək olsun deyir.