IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Sabahinfo.az xəbər verir ki, sərəncama əsasən, Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

Qeyd edək ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 5-6-da keçiriləcək.