"Bizi narahat edən problemlər çoxdur" - Komitə sədri

"Ailə çox mürəkkəb fenomendir. Ölkəmizdə ailə institutunun qorunub saxlanması üçün davamlı işlər görülür".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

"Bununla yanaşı bizi narahat edən problemlər də çoxdur", - deyə komitə sədri bildirib.