Körfəzdə atışma: İran ABŞ-ın yük gəmisini ələ keçirdi

İran ABŞ-a aid  yük gəmisini müsadirə edib.
 
Bu barədə Səudiyyə Ərəbistanının "Əl Arabiyya” kanalı məlumat yayıb. 
 
Məlumata görə, 34 ekipaj üzvünün olduğu gəmi İranın cənubunda yerləşən Bender Abbas limanına aparılır. İran hərbi donanmasının ABŞ gəmisinə atəş açdığı bildirilir.
 
Kanal hadisə ilə bağlı detallı məlumat verməyib. ABŞ-ın Fars körfəzindəki 5-ci donanmasından isə hər hansı bir açıqlama verilməyib