Oktyabrın 18-də rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan
Respublikasının Dövlət
Müstəqilliyinin bərpasının 25-ci
ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir, dönməzdir ” mövzusunda
konfrans keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov,
rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon ərazisində yerləşən”N” saylı
hərbi hissənin hərbiçiləri iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Konfransda "Müstəqillik dövründə Azərbaycan respublikasının hərbi
quruculuq fəaliyyəti” mövzusunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyev,
"Heydər Əliyev ideyaları Milli Müstəqilliyimizin mənəvi güc mənbəyidir”
mövzusunda 1 saylı tam orta məktəbin müəllimi Sevinc Eyyubova,”18 Oktyabr
Dövlət Müstəqilliyi günüdür” mövzüsunda Xırdapay kənd tam orta məktəbinin direktoru
İnqilab Rəsulov, "Azərbaycan təhsili Müstəqilik illərində” mövzusunda Atakişili
kənd tam orta məktəbinin müəllimi Gülnaz Əliyeva məruzələrlə çıxış edərək
Ümummilli Liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub
yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışmışlar.
Tədbirdə
çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu
əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını
çatdırdı. O,öz çıxışında bildirib ki, Azərbaycan ictimaiyyəti ölkəmizin dövlət
müstəqilliyinin bərpasının 25 illiyini böyük təntənə və qürur hissi ilə qeyd
edir .Əslində 25 illik bir dövr ölkənin uzun müddət formal müstəqillik üsul
idarəsinə məhkum olunmuş dövlətin tarixində o qədər də böyük zaman deyil.Lakin
fəxrlə qeyd etməliyik ki. Azərbaycan bu illər ərzində çox böyük tarixi yol
keçibdir.Əsası müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulmuş milli dövlətçilik, azərbaycançılıq idyalogiyasının
formalaşdırılması siyasəti nəticəsində qısa dövr ərzində dövlətimizin
hüquqi-sosial bazası yaranmış, müstəqilliyi möhkəmlənmiş ölkəmizin dünya
birliyinə inteqrasiyası istiqamətində çox ciddi addımlar atılmışdı. Ulu Öndərin
əsasını qoyduğu siyasi və iqtisadi kursun cəmiyyət həyatının bütün sahələrini
əhatə edən islahatların onun siyasi varisi müasir təfəkkürlü siyasətçi və
dövlət xadimi, ölkəmizin prezdenti Cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr
sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə
çevrilmişdir. Əlbətdə bütün bu nailiyyətlər, qazanılmış uğurlar asanlıqla əldə
olunmayıb. Bu Azərbaycan xalqının qədim tarixə malik zəngin dövlətçilik
təfəkkürü və əsrlər boyu azadlıq uğrunda apardığı mübarizənin məntiqi nəticəsi
idi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi” xalqımız ən şirin, ən əziz nemət
olan azadlığa, müstəqilliyə qovuşdu.”1991–ci il oktyabr ayının 18–də
Müstəqillik haqqında konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan
tarixinin yeni mərhələsi başlanmışdır.Tariximizin bu yeni mərhələsini şərti
olaraq üç dövrə ayrmaqla baş vermiş tarixi ictimai - siyasi proseslərə qiymət
verməyə çalışsaq, görərik ki, müstəqilliyin bərpası haqqında tarixi qərarın
qəbul olunmasından sonra başlayan müstəqilliyimizin ilk illərindəki
ziddiyyətlər, hakimiyyətin naşı əllərə keçməsi, səriştəsiz siyasət vəziyyəti
xeyli gərgibləşdirirdi. O ağır günlərdə xalqmız mətinlik, mübarizlik, dözümlük
nümayiş etdirərək, nələrə qadir olduğumuzu sübuta yetirdi. Müstəqilliyimizin
hələ möhkəmlənməmiş bir vaxtında parçalanmaq qorxusu ölkəni bürüdü,
Azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində gözlənilən və
həyati əhəmiyyətli addımlar atılmadı, ölkənin səriştəsiz rəhbərliyi mövqecə
tarixi məqamın unikallığını dərk etmək bacarığından uzaq olduğundan cəmiyyətdə
baş verən mürəkkəb ictimai - siyasi hadisə və mənəvi prosesləri idarə edə
bilmədi. Nəticədə ölkədə bütün sahələri əhatə edən hərcmərcilik, xaos hökm
sürməyə başladı. Azərbaycanda müstəqillik uğrunda aparılan mübarizə kəskin
siyasi istiqamətdə sürətlənir, ölkə idarə olunmaz hala düşürdü.Respublikada iki
qüvvə üz-üzə gələrək vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Səngərin bir
tərəfində rəhbərlikdəki vəzifəpərəst qüvvələr ,digər tərəfində azadlıq
mübarizəsi ilə alovlanmış xalq kütlələri dayanmışdı. Yaranmış xaosdan isə
düşmənlərimiz xususən də mənfur erməni işğalçıları daha çox yararlanmağa
çalışırdılar.Xalqın coşub-daşan azadlıq həvəsi, müstəqillik istəyi
yüksəkliyində daya bilməyən o zamankı iqtidar, tarixin millətimizə bəxş etdiyi
bu böyük sərvəti nə lazımınca qiyməndirə bilir, nə də onun qorunub saxlanması
qüdrətində olduğunu nümayiş etdirə bilirdi. Yalnız Ulu Öndər Heydər Əliyevin
1993-cü ilin iyununda hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycanın müstəqillik
tarixinin yeni erası, yeni mərhələsi öz başlanğıcını qoydu. O, həyatı bahasına başa gələ biləcək mübarizə
meydanına atıldı. Çünki Ulu Öndərimiz bu xalqın gücünü, dönməz əqidəsini,
mərdliyini,azadlıq mübarizəsini yaxşı bilirdi və xalqın bu keyfiyyətlərinə
arxalanırdı.Xalqımızın acı həqiqətlərini, azadlıq mübarizəsindəki
məğlubiyyətinin səbəblərini yaxşı bilən Heydər Əliyev bütöv Azərbaycan
dövlətinin əsasını yaratmağı qarşısına məqsəd qoyaraq öz üzərinə böyük
məsulliyyət götürmüş oldu. 1993 –cü il iyun
ayının 15–dən Müstəqillik tariximizdə şərəfli bir dövr olan ikinci
mərhələ başlandı. Bu mərhələni Ulu Öndərin təbirincə desək, tarixin çox çətin,
mürəkkəb, həm də sınaq dövrü adlandırmaq olar.Qarşıda çox böyük işlər dururdu:
birinci növbədə ölkədə sabitlik yaratmaq, atəşkəsi dayandırmaq, dağılan, talan
edilən iqtisadiyyatı bərpa etmək, ölkədə hökm sürən dərəbəyliyi ,silahlı
dəstələri ləğv etmək, ölkənin parçalanması kimi qorxulu cəhdlərin qarşısını
almaq kimi çox ağır problemləri həll etmək lazım idi. Heydər Əliyev xalqın
inamını özünə qaytarmaq üçün çox qısa vaxt ərzində öz fəaliyyəti ilə cəmiyyətdə
canlanma yaratdı.Xalq Heydər Əliyevin dahiliyini bir daha sanki yenidən kəşf
etdi, yekdilliklə ümummilli liderimizi 1993-cü ilin oktyabrında ölkəmizin
prezidenti seçdi. Ölkədə aparılan siyasi, iqtisadi dəyişikliklər xalqda inamı
artırdı."Əsrin müqaviləsi ”sazişi imzalanmaqla iqtisadiyatımız dirçəlişə
istiqamətləndirildi, qanunsuz silahlı dəstələrin dövlət çevrilişinə cəhdlərin
qarşısı qətiyyətlə alındı. Müasir tələblərə cavab verən çoxpartiyallıq əsasında
Milli məclis formalaşdı, milli konsitutiyamız qəbul olundu, Bakı–Tbilisi-Ceyhan
neft boru kəmərinin tikintisinə başlandı, inflyasiya ram edildi, talan olan
iqtisadiyyatımız dirçəlməyə başladı. Azərbaycan xalqının haqlı tələbi dünyanın
super dövlətlərinin ali məclislərində Heydər Əliyev dühasının tələbi ilə
müzakirə olunurdu. Artıq Müstəqil Azərbaycan Respublikası Avropa və qərb
dövlətlərinin o, cümlədən ABŞ-ın təhlükəsizlik missiyasının etibarlı
tərəfdaşına çevrilmişdir. Tarix boyu işğalçı Rusiyanın himayəsi ilə Azərbaycan
əleyhinə aparılan erməni böhtanı artıq Heydər Əliyev zəkası qarşısında
Azərbaycan həqiqətləri ilə ifşa olurdu. Vətəndaş müharibəsinin bir addımlığında
olan, müstəqilliyini itirmək təhükəsi ilə üzləşən, iqtisadiyyatı talan edilən,
müstəqil Azəribaycan Heydər Əliyev dühasına sığınaraq yaşadı, bütün itkilərə
dözdü, yenidən quruldu, yenidən yaradıldı, respublikamız qüdrətli dövlətə çevrildi.Müasir
Azərbaycan dövlətinin banisi ölkəmizi dünyanın ən inkişaf etmiş sivil
dövlətləri səviyəsinə çatdırmağı həyatının əsas amalı sayan, özünün müdrikliyi,
zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə
çalışan Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng
quruculuq işləri ondan sonra böyük Öndərin layiqli davamçısı yeni təfəkkürlü
siasətçi Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və
uğurla həyata keçrilməyə başladı. Bununla da müstəqil Azərbaycan dövlətinin
qurulub möhkəmləndirilməsinə, yeni üçüncü mərhələyə, dinamik inkişaf
mərhələsinə keçid başlandı2003-cü ilin oktyabrından başlanan möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərlik
etdiyi sürətli inkişaf mərhələsi bütün sahələrdə islahatların daha da
dərinləşməsi, ölkənin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə
idarə olunması dövrü kimi xarakterizə olunur. Bu gün müstəqil Azərbaycan dünya
dövlətləri sırasında öz layiqli yerini tutaraq Avropa dövlətlərinin enerji təhlükəsizliyinin
təminatçısına, regionda isə lider dövlətə çevrilmişdir.Möhtərəm Prezidentimiz
İlham Əliyev düşünülmüş və balanslaşdırılmış xarici və daxili siysəti uğurla
həyata keçirərək, müstəqil Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Ölkəmizin beynəlxalq nufuzunu durmadan
artırır, qısa zaman kəsiyində özündə ümumbəşəri dəyərləri ehtiva edən
Azərbaycan dəyərləri dünyanın o, cümlədən Avropa dövlətlərinin bəzilərində
inkişaf modeli kimi qəbul olunur. Düzgün,
ardıcıl, qətiyyətli, uğurlu daxili siyasət nəticəsində əhalinin sosial rifahı
durmadan artır, nəinki mərkəzdə ,o cümlədən regionlarda bütün infrastruktur
yenilənir, müasir tələblər səviyyəsinə çatdırılır, neft kapitalının insan
kapitalına çevrilməsi siyasəti öz uğurlu nəticələrini verir, ölkənin elmi
əsaslarla idarə olunması səviyyəsi yüksəlir.Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşmərəmlı səfiri, millət vəkili, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın mədəni irsimizə, təhsilə, uşaqlara və
gənclərə göstərdiyi xüsusi qayğı və diqqət
Müstəqil Azərbaycanın daha da möhkəmləndirilməsinə öz töhvəsini verir.
İnanırıq ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqillik
sükanını əlində möhkəm saxlayan Ali Baş
Kamandan Ölkə Prezidenti İlham Əliyev öz doğma xalqı ilə Azərbaycan
torpaqlarını işğaldan azad edəcək, öz cəsarətli siyasəti ilə müstəqil
Azərbaycanı hər zaman irəliyə aparacaqdır.