Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 fevral tarixində, saat 10:00-da "AzNav” ölkənin ilk milli Naviqasiya Sistemini İctimaiyyətə Təqdimatı keçiriləcəkdir. Tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin prezentasiyası və canlı rejimdə fəaliyyəti nümayiş etdiriləcəkdir. Təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirinin müavini, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra hakimiyyəti, "Azəravtoyol” ASC, Bakı Nəqliyyat Agentliyi, "BakuBus” MMC-nin, habelə ölkədə fəaliyyət göstərən naviqasiya, yükdaşıma və taksi xidmətləri, turizm şirkətlərinin nümayəndələri iştirak edəcəklər. İctimai Təqdimat Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları Mərkəzində keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A (Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin yanı)

Əlaqə nömrəsi: (050) 235 30 33
Hörmətlə,
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri ​
Qulu Xəlilov