Mehriban Əliyeva gəncəlilərdən yazdı

Xəbər verdiyimiz kimi Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər.

Sabahinfo.az xəbər verir ki, birinci xanım gəncəlilərlə bağlı təəssüratını instagramdakı rəsmi hesabında bölüşüb:

"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"