MEK ƏMƏKDAŞLARI MİLLİ QƏHRƏMANLAR HAQQINDA MƏLUMATLARI BİR NEÇƏ DİLDƏ VİKİPEDİYADA YERLƏŞDİRİB

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davamedir.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olanVikipediyalara yerləşdirilib. Tərcüməişi "Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.
Linkə daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:
Albert Aqarunov - italyan, fransız, ispan, alman
Əlif Hacıyev - fransız, ispan
Əliyar Əliyev – ispan, fransız, alman
Vəzir Orucov – inglis, ispan