BMT İrana qarşı bu qətnaməni təsdiqlədi

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının 3-cü Komitəsi Kanadanın İran tərəfindən insan haqlarının pozulmasına dair qətnaməsini təsdiqləyib.

Sabahinfo.az xəbər verir ki, qətnamə lehinə 80, əleyhinə 29 və 65 bitərəf səslə təsdiqlənib.

“Biz bu vasitə ilə zülm və zorakılığa qarşı mübarizə aparan, azad və demokratik gələcəyə nail olmaq üçün səy göstərən İran xalqı ilə həmrəy olduğumuzu bildiririk”, - ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley deyib.

Qətnamənin əleyhinə səs verən ölkələr arasında Əlcəzair, Belarus, Çin, Rusiya, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Oman, Pakistan, Suriya, Türkmənistan və Tacikistan da olub.

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Misir, Braziliya və Cənubi Afrika ölkələri isə səsvermədə bitərəf mövqe sərgiləyib.