BMT:“Ukraynada 100 milyard dollar dəyərində dağıntılar var”

“Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərlə üzləşməsinə səbəb olub”.

Bu barədə BMT-nin “Twitter” mikrobloqunda məlumat verilib.

Qeyd olunur ki, Ukrayna hökumətinin məlumatına görə, artıq azı 100 milyard dollar dəyərində evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb.

“Müharibə uzanarsa, o zaman hər 10 ukraynalının doqquzunun həyat səviyyəsi yoxsulluq həddindən aşağı düşəcək. İyirmi illik inkişaf uğurları isə təhdid altına düşəcək”, - deyə hesabatda vurğulanır.