Narkotik satan iranlı tutuldu

Azərbaycana keçirdiyi narkotik maddəni satmaq istəyən İran vətəndaşı niyyətini reallaşdıra bilməyib.


Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Tizfəhim Fətullah Amankənd kəndində 5 kiloqram 190 qram tiryəki 15 min dollara satarkən tutulub.