Nepal zəlzələsində zərərçəkənlərin sayı 14 mini ötdü

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6621 nəfərə çatıb, zərərçəkənlərin sayı isə 14 mini ötüb.

Bu barədə Nepalın fövqəladə hallar üzrə Milli Mərkəzi açıqlama yayıb.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 138 min ev dağılıb, 120 min evə ziyan dəyib.

Aprelin 25-də baş vermiş 7,9 ballıq zəlzələ Nepalda son 80 il ərzində ən güclü zəlzələ olub.