Nepalda ölənlərin sayı 7 min 5 yüzü keçdi

Nepalda dağıdıcı zəlzələdən sonra ölənlərin sayı 7,5 minə çatıb.


Bildirilir ki, hazırda olan məlumata görə, Nepalda ölənlərin sayı 7521, xəsarət alanların sayı 14366 nəfərə çatıb.
Nepal DİN-in rəsmisi Laksmi Cakalın sözlərinə görə, zəlzələ nəticəsində həlak olanlardan 57-i xarici vətəndaşdır. Daha 112 xarici vətəndaş isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, aprelin 25-də Nepalda 7,8-7,9 gücündə zəlzələ baş vermişdi. Ayın 26-da isə bütün regionda yeraltı təkanlar hiss edilmişdi.