Qadınlara qarşı cinayət törədənlər tutuldu

Yevlaxda quldurluq etmiş şəxs tutulub Sabahinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də Nazlı Bayramovanın 800 manatını və qızıl əşyalarını quldurluq yolu ilə almış Elvin Şahverdiyev tutulub.

Bundan başqa Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Nuriyyə Axundovanın 104 manatını soyğunçuluq yolu ilə almış həmyerlisi Racif Səmədov yaxalanıb.

Hər iki faktla bağlı araşdırma davam etdirilir.