Braziliya millisi ilk dəfə Yaponiya yığmasına uduzdu

Futbol üzrə Braziliya milli komandası tarixində ilk dəfə Yaponiya yığmasına uduzub.

Sabahinfo.az xəbər verir ki, bu məğlubiyyət yoldaşlıq oyununa təsadüf edib. Matçın ilk hissəsi “sambaçılar”ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Fasilədən sonra isə vəziyyət tamamilə dəyişib. Braziliya seçməsinin qapısından 3 top keçirən yaponlar əzmkar qələbə qazanıblar. 

Qeyd edək ki, bunadək komandalar arasında baş tutan 13 oyunun 11-i Braziliya millisinin xeyrinə başa çatıb, 2 görüşdə isə qalib müəyyənləşməyib.