Britaniyada Bəşər Əsədin həyat yoldaşına qarşı istintaq başlanıb

Böyük Britaniya polisi Suriya lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə qarşı ilkin istintaqa başlayıb.

“Sunday Times” qəzetinin məlumatına görə, Suriyanın birinci xanımı vətəndaş müharibəsi zamanı ölkədə baş vermiş bir sıra terror aktlarında iştirakda şübhəli bilinir.  

Qeyd olunur ki, istintaq səbəbindən Əsma Əsəd məhkəməyə verilə və Britaniya vətəndaşlığından məhrum edilə bilər.

Həmçinin ona qarşı İnterpolun qırmızı bülleteni tətbiq edilə bilər. Bu halda prezident xanımı Suriya ərazisini tərk edə bilməyəcək. Əks halda isə saxlanılaraq təşkilata təhvil veriləcək.

Xatırladaq ki,45 yaşlı Əsma Əsəd Britaniyada doğulub və London Kral Kollecində təhsil alıb. 2000-ci ildə ailə həyatı quranadək o, bankda çalışıb. Daha sonra isə Suriyaya köçüb.(oxu.az)