Rusiyada 6 azərbaycanlı taksi sürücüsü tutuldu - SƏBƏB

Rusiyanın Sankt-Peterburq şəhər polisi tərəfindən həbs edilən 6 azərbaycanlı taksi sürücüsünün törətdiyi cinayətin təfərrüatı məlum olub.

Sabahinfo.az lent.az-a istinadən xəbər verir ki, sürücülər quldurluqda ittiham olunurlar.

Məlumata görə, Peterburqun Mərkəz rayonunda taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlıların biri müştərisinin sərxoş olduğunu hiss edərək onu soymaq qərarına gəlib. Bu məqsədlə yaxınlıqdakı taksi sürücülərindən kömək istəyir. Sürücülər sərnişin üstündəki "iPhone 6s" və
"Vertu" markalı smartfonu və 15 min rubl pulunu ələ keçiriblər.

Sərnişini evinə yox, şəhərin başqa bir yerinə aparıb atan sürücülər, onun üstünü axtararaq bank kartını da götürüblər. Bundan sonra həmin kartdan 1 milyon 600 min rubl (təxminən 46 min manat) çıxarıblar.

Məhz kartdan pul çıxarandan sonra polis onların izinə düşərək taksi sürücülərini həbs ediblər.