Şamaxıda qardaş qırğını - Dəhşətli qətl

Ötən gün Şamaxının Çarhan kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı DİN rəsmi açıqlama yayıb.

 

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, iyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.

 

Şamaxı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

 

Şamaxı RPŞ və Qusar RPŞ əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.sabahinfo.az