Samuxda çobanı vəhşicəsinə döydülər

Samux rayonunda iki qardaş çobanı döyərək xəstəxanalıq edib.

sabahinfo.Az "Report”-a istinadən xəbər verir ki, hadisə rayonun qışlaq sahələrinin birində baş verib. 

Qışlaq sahədə qoyun otaran Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Nağıyev Elşən Cəfər oğlu Samux rayon sakinləri olan iki qardaş tərəfindən döyülüb.

Ağır kəllə-beyin travması alan E.Nağıyev yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən çobanın vəziyyəti orta-ağır olduğu bildirilir.

Samux Rayon Polis Şöbəsindən hadisənin qışlaq sahədə qoyunların otarılması zamanı yer üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.