Dünya Bankı və Avropa İnvestisiya Bankı TANAP layihəsinə maliyyə ayırmağa hazırlaşır.
Avropanın Rusiyadan asılılığını azaltması, Türkiyənin artan qaz tələbatının ödənilməsi baxımından əhəmiyyətli olan və Azərbaycan "Şah Dəniz 2” sahəsindəki qazı Avropaya daşıyacaq 9 milyard dollarlıq Trans Anadolu Qaz Boru Kəməri Layihəsinə (TANAP) Dünya Bankı dəstək verir.
Bu barədə Dünya Bankı rəsmiləri açıqlama verib. Məlumata görə, Dünya Bankı layihəni maliyyələşdirmək üçün 1 milyard dollar ayıracaq. Eyni zamanda Avropa İnvestisiya Bankının TANAP-a 1 milyard avro maliyyə ayıracağı gözlənilir.
"Enerji sektorunda çox strateji bir layihə olan TANAP-ın parçası olmağı düşünürük. BOTAŞ-a maliyyələşdirmə məsələsində yardımçı olacağıq. Hamısı deyil, amma 1 milyard dollarlıq hissəsində maliyyə köməyi edəcəyik. Eyni zamanda Avropa İnvestisiya Bankı ilə birlikdə çalışırıq”, -deyə Dünya Bankının rəsmi nümayəndələri bildiriblər.