Tanınmış aktyor narkobaron çıxdı

Türkiyədə məşhur serial və kino aktyoru Selim Ərdoğan, kirayələdiyi villada 840 qram marixuana maddəsi ilə jandarm tərəfindən saxlanılıb.

Sabahinfo.az"Huriyyet”ə istinadən xəbər verir ki, Marmaris rayon Jandarm Komandanlığına Bozburun məhəlləsində yerləşən bir villada narkotik maddə istehsalı aparıldığı barədə məumat daxil olub. Jandarmanın basqını zamanı villada narkotik maddə istehsalı üçün gərəkli olan avadanlıq, şüşə qablar və paketlənmiş halda 840 qram marixuana ələ keçib.

Əməliyyat çərçivəsində villada olan aktyor Selim Ərdoğan saxlanılıb. İddiaya görə Ərdoğan, öncə jandarmı içəri buraxmaq istəməyib. Evə girən jandarm dəstələri, bir otağın tamamilə narkotik yetişdirmək və qurutmaq üçün istifadə edildiyini görüblər. Erdoğanın qonşuları isə aktyoru müdafiə ediblər. Hazırda araşdırmalar davam edir.
azvision.az