Tanınmış azərbaycanlı aktrisa nişanlandı

Azərbaycanlı aktrisa Xuraman Əlizadə nişanlanıb.Bu barədə aktrisanın rəfiqəsi, şairə Nazilə Səfərli sosial şəbəkədə yazıb. O bildirib ki, aktrisa nişanlanmaqla yanaşı, əməliyyat da keçirib: "Xuraman xanım əməliyyat olunub. Baş çəkməyə getmişdim. Gözəl bir hadisənin də şahidi oldum. Sən demə, Xuraman xanım nişanlı imiş. Şəkildəki xanım isə Xuramanın gələcək baldızıdır. Qapıdan içəri girəndə gördüm baldızı Xuramana bir qulluq edir ki, gəl görəsən. Nə deyim? Mehriban gəlin-baldız görəndə ürəyim açılır. Başa çıxanlardan olsunlar”.