Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılacaq? - RƏSMİ CAVAB

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.


BakuPostxəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili isə 27-31 yanvar tarixlərini əhatə edir.