Tovuzda saxta 100 manatlıq əsginaslar aşkarlanıb - FOTO

Tovuz rayonuda saxta pulla alış-veriş edən 25 yaşlı gənc saxlanılıb.

sabahinfo.Az Report-a istinadən  xəbər verir ki, rayonun Böyükqışlaq kənd sakini Namiq Bayramov 5 ədəd 100 manatlıq saxta əskinasları dövriyyəyə buraxmağa çalışarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, o, Tovuzda fəaliyyət göstərən, Mehriban Quliyevanın satıcısı olduğu marketə daxil olaraq siqaret və alışqan alaraq 100 manatı qadına verib. Pulun qalığını götürüb mağazadan çıxan gəncin əməlindən satıcı bir neçə saat sonra xəbər tutub. M. Quliyeva ona verilən pulun saxta olduğunu bilib və Tovuz polisini bu barədə məlumatlandırıb.

25 yaşlı Namiq Bayramovun üzərinə baxış keçirilərkən daha 4 ədəd saxta 100 manatlıq əsginaslar aşkarlanıb. Saxlanılan şəxs gördüyü iş müqabilində ona 500 manat pul verildiyini və pulun saxta olmasından xəbərsiz olduğunu bildirib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.