Türkiyədə DƏHŞƏTLİ QƏZA: 4 azərbaycanlı öldü, 26-sı yaralandı

Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan daha birinin adı məlum olub.

Milli.AzAPA-ya istinadən xəbər verir ki, bu,Zivər Səfərovadır.

----------

17:50

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qızın şəxsiyyəti isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.

----------

14:31

"Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır".

Milli.Az xəbər verir ki, bunuAPA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsuluNuru Quliyevdeyib.

Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

----------

14:08

İğdır valisiAhmet Turgay Alpmanbildirib ki, hər iki avtobusda olanların əksəriyyəti naxçıvanlılar olub.

Milli.Azqafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatı hər 2 avtobus sürücüsünün və 5 azərbaycanlının öldüyünü açıqlayıb.

Hazırda sıxışan avtomobillərin arasından yaralıların xilas edilməsi üçün tədbirlər görülür.

---------

13:47

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.

Milli.Az xəbər verir ki, bunuTrend-ə Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatıNurəddin Arasdeyib.

Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəriHikmət Hacıyevbildirib ki, qəzanəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.

----------

13:18

Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.

Milli.Az-ınAPA-ya istinadən verdiyi məlumata görə, İğdırın Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.

Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.

İğdır valisiƏhməd Turqay Alpmanqəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

İğdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Bu barədəAPA-ya Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

----------

12:16

Türkiyədə ağır yol qəzası baş verib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, İğdır-Aralık yolunda iki avtobus toqquşub. Baş verən qəzada ilkin məlumata görə, 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili tibbi yardım maşınları cəlb edilib.