“Türkiyəyə minnətdar olmalıyıq”

"İstiqlalçı deputatlar”ın iştirakı ilə Dövlət Müstəqilliyinin 25-ci ildönümə həsr olunan tədbir keçirilir.

 

sabahinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan "istiqlalçı deputat” Hacıbaba Əzimov müstəqillik uğrunda mübarizənin çətin sınaqdan keçdiyini deyib.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov isə bildirib ki, 18 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

O qeyd edib ki, Azərbaycan xalqı müstəqilliyi asanlıqla qazanmayıb: "Ölkəmiz müstəqillik yolunda xeyli itki verib, xalq mübarizə aparıb. 1988-ci ildə başlayan xalq hərəkatı sonralar milli azadlıq hərəkatına çevrildi.

 

Mübarizə nəticəsində 1991-ci ildə Azərbaycan müstəqil oldu. Biz Türkiyəyə minnətdar olmalıyıq ki, təhdidlərə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyini tanıdı".