Bu Asiya ölkəsi Rusiyaya uçuşları dayandırdı

Vyetnam Hava Yolları təyyarələrin sığortası proseduruna yenidən baxılması ilə əlaqədar Hanoy-Moskva-Hanoy marşrutu üzrə Rusiyaya uçuşları dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə VNA məlumat yayıb.

Məlumata görə, uçuşlar martın 25-dən növbəti xəbərdarlığa qədər dayandırılacaq.

Aviaşirkət xüsusi bəyanatda fors-major hallara görə təəssüfləndiyini bildirib və ləğv edilmiş reyslərə bilet alan sərnişinlərə onları tam kompensasiya ilə geri qaytarmağı və ya Moskvaya uçuşlar bərpa olunana qədər səfərin vaxtını dəyişdirməyi təklif edib.