Bu dəfə Paşinyan Putini gözlətdi - VİDEO

Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

Sabahinfo.az xəbər verir ki, Paşinyan sözügedən görüşə gecikərək Putini bir müddət gözlədib.

Bununla bağlı görüntülər isə erməni teleqram kanallarında paylaşılıb. Görüntülərdən Putinin yaranmış vəziyyətdən narahat olduğunu və narazı qaldığını görmək mümkündür.

Xatırladaq ki, müxtəlif vaxtlarda keçirilən görüşlərdə Putini türkiyəli və qırğız həmkarları Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov da gözlədib.