“Bu gün davam edən prosesin bir neçə il sonra müsbət nəticəsini görə biləcəyik”

11.07.2025-ci il tarixində Doğma Yurda Qayıdış İctimai Birliyi Ağcabədi rayon Yeni Azərbaycan Partiyasının qərargahında tədbir keçirdi. "Yurda Dönüş: İmkanlar və prespektivlər" adlı layihə çərçivəsində keçirilən tədbiri giriş sözü ilə təşkilatın sədri Səməd Hətəmov açıq elan etdi. Öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra layihə rəhbəri S.Hətəmov bu tədbirin keçirilməsinə və maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Layihə rəhbəri çıxışında qeyd etdi ki, 2020-ci ilə qədər olan dövr və böyük Zəfərdən sonrakı dövrün fərqləri, inkişaf strategiyası ilə bağlı fikirlərini bildirdi. Daha sonra söz layihənin eksperti Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevə verildi. X.Musayev xalqın yumruq kimi birləşməsinin məntiqi nəticəsinin azad və müstəqil ölkə prinsipinin dünyaya nümunə olduğunu qeyd etdi. Ekspert bildirdi ki, bu gün davam edən prosesin bir neçə il sonra müsbət nəticəini görə biləcəyik. "Loqictik mərkəz kimi formalaşan Qarabağ bölgələri dünyaya çıxış imkan verəcək". Çıxış üçün söz alan rayonun  ziyalı xanımlrı bu bölgədə şəxsi biznes mühiyinin yaranması, işgüzar xanımların fəaliyyətinin stumullaşdırılması məsəllərinə toxundular. İştirakçılar layihə rəhbərinə və ekspertə müxtəlif suallar ünvanladılar və ətraflı cavablar aldılar.

Doğma Yurda Qayıdış İctimai Birliynin Mətbuat Xidməti