“Bu ölkə ilə bağlı bir müsbət nümunə belə yoxdur” 

“İranın, son 30 il ərzində bizə yönəlik siyasəti, ancaq düşmənçilikdən ibarət olub".  Bunu Missiya.Az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Millət vəkili bildirib ki, 30 ildə İrana münasibətdə maksimum səmimi siyasət apardıq: “Qonşuluq, dostluq, əməkdaşlıq prinsiplərini qoruduq. Bir çox təxribatlarını görməməzliyə vurduq. Bütün bunlara baxmayaraq, bu ölkə ilə bağlı bir müsbət nümunə belə yoxdur. Ancaq, düşmənçilik, təxribat, terror var. Vətən müharibəsindən sonra ayətullahların maskaları cırıldı. Əsl niyyətləri üzə çıxdı”.