"Bu sahədə görüləsi işlərimiz var" - MÜSAHİBƏ

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti  Xanlar Fətiyev SABAHİNFO.AZ-a müsahib ə verib. O müsahibəsində fedarasiyanın fəaliyyətitı, qarşıda duran məsələlərdən danışıb. 

-Xanlar müəllim ilk öncə sizi yenidən Fedarasiyaya prezident seçilməniz münasibəti ilə təbrik edirik. Bilmək istərdik növbəti müddət üçün prezident kimi nə kimi hədəfləriniz var? 

-Biz federasiya olaraq Azərbaycanda su idman növlərinə olan marağı artırmaq, sağlam gənclik yetişdirmək istiqamətində öz əməli fəaliyyətimizi davam etdirəcəyik. Bizldiyiniz kimi son illər su idman növləri arasında həm üzgüçülük, həm də su polosu idman növlərində yaxşı nailiyyətlərimiz var. Biz federasiya olaraq yerli idmançıların yetişdirilməsi üçün regioanlarda bu idman növünə olan marağın artırılması istiqamətində tədbirlər planı üzərində çalışırırıq. Ən ümdə vəzifəmiz isə növbəti yay Olimpiya oyunlarına maksimum nəticə iləqazanılan vəsiqələrin sayını artırmaqdır. 

-Üzgüçülük Federasiyası üçün 2021 ci ili necə xarakterizə edərdiniz?

-Bayaq qeyd etdiyim kimi 2020-2021-ci illərdə üzgüçülərimiz müxtəlif yarışlarda yüksək nəticələr göstəriblər. Sonuncu Tokio Olimpiadasına ölkəmiz tərəfindən qazanılan vəsiqələrdən ikisi üzgüçülərin payına düşür. Ötən müddət ərzində üzgüçülərimiz bir neçə beynəlxalq turnirlərdə iştirak etmiş, yaxşı nəticələr göstərmişlər.

-Fedarasiya qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail ola bilib?

-Federasiyanın əsas məqsədi ölkədə su idmanı növlərinin inkişafıdır. Bu istiqamətdə həm Bakıda, həm də regionlarda perspektivli işlər aparılır. Üzgüçülüyə və digər növlərə gənclərin marağını artırmaq üçün yerlərdə su hövuzların vəziyyəti araşdırılır. Hazırda bölgələrdə bu istiqamətdə işlər görülür.  Digər tərəfdən federasiya milli komandaların təşkili və onların təlim məşq toplantıları, bütün yarışlarda iştirakı üçün lazımi tədbirləri görür. Mütəmadi olaraq Gənclər və İdman Nazirliyi, Su İdman Sarayı ilə birlikdə yarışlar, ölkə birincilikləri təşkil edir ki, bu da mütəmadi olaraq Azərbaycanda qabiliyyətli idmançıların aşkar olunmasında yardımçı olur. 

-Bildiyimiz qədərilə yerlərdə bu idman növünə maraq olsa da Su idman hovuzları idmançıların üzünə bağlıdır. Bu yöndə nə deyə bilərsiniz?

-Başda Su İdman Sarayı olmaqla həm Bakıda, həm də regionlarda olan su hovuzları fəaliyyət göstərir.  

-Aydın məsələdir ki idman fedarasiyalarının bir sıra problemləri mövcuddur. Üzgüçülük Fedarasiyasının nə kimi problemləri var?

-Təbii ki, əgər desəm ki, Üzgüçülük Federasiyasında hər şey əladır bu həqiqətə uyğun olmaz. Bu gün biz federasiyaya daxil olan idman növləri üzrə idmançılar üçün şərait yaratmağa çalışsaq da bu sahədə görüləsi işlərimiz var. Bu yaxınlarda keçirilən seçkilərdə yeni icrayyə komitəsinin üzvləri seçildi. Onlar qarşısında çox vacib məsələlər qoyuldu. İcrayyə komitəsinə əməkdar idman xadimi, üzgüçülük sahəsində tanınmış simalardan olan Şamil Əbdürrəmanov üzv seçildi. Onun bilik və təcrübəsi ilə ölkədə su idman növlərinin inkişafını əsas hədəf kimi götürmüşük. İldə 4 dəfə, hər rübdə icrayyə komitəsinin üzvləri ilə görüşərək görülən işləri müzakirə edəcəyik. Ən vacib qarşıda olan məsələ isə regionlarda su hövuzlarında keyfiyyətli xidmətin təşkil olunmasına nail olmaqdır.

-Bu yaxınlarda Respublika Çempionatı həyata keçirildi. Bu kimi yarışların davamlı təşkili və beynəlxalq yarışlarda təmsilçilik və uğurların əldə olunması istiqamətində Fedarasiyanın maddi texniki bazası hansı səviyyədədir?

-Federasiya  Azərbaycanda mütəmadi olaraq yarışların təşkilini həyata keçirir. Bundan başqa su idman növləri üzrə milli komandaların qrafikə uyğun olaraq təlim məşq toplantıları vaxtlı vaxtlında, yüksək səviyyədə keçirilır. Komandaların peşəkarlıqlarını artırmaq məqsədilə idmançılar beynəlxalq təlimlərə, tədbirlərə və yarışlara qatılır. Bu gün idmançıların məşq etməsi üçün lazım olan bütün maddi texniki baza yaradılıb. Su idman sarayı bu işlərdə federasiyaya kömək edir. 

-Fedarasianın  asf.az saytına daxil olmaq mümkün deyil. Bununla bağlı nə deyə bilərsiniz?

-Federasiyanın asf.az saytı yenidən təkminləşdirilməsi üçün müvəqqəti texniki təmirə dayandırılıb. Hazırda bu istiqamətdə işlər aparılır. Yaxın zamanlar yeni dizaynda və tam informasiyalarla təmin olunmuş sayt istifadəyə veriləcək.

 

ƏDİL ƏDİLZADƏ